Türkiyəli mütəxəssislər Azərbaycanın otel komplekslərinin işçiləri üçün treninqlər keçəcək
Azərbaycanda daxili turizm sahəsində ən böyük problem göstərilən xidmətlərin səviyyəsi ilə bağlıdır. SİA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
Onun sözlərinə görə, Nazirlik tərəfindən bu problemi aradan qaldırmaq üçün müvafiq tədbirlər görülür: "Məsələn, may-iyun ayları ərzində Türkiyə Turizm Nazirlyinin peşəkar nümayəndələri Azərbaycanın 4 regionunda otel komplekslərinin işçiləri üçün xidmət səviyyəsinin artırılmasına dair treninq kursları keçirəcək".
Türkiyə və Azərbaycanın turizm sektorunu müqayisə edən A.İsmiyev onu da bildirib ki, Türkiyə bu sahəni 1963-cü ildən inkişaf etdirir: "Azərbaycanda turizm sektoru yeni sahədir və cəmi 5-6 ildir ki inkişaf edir. Bu qısa bir müddət ərzində turizm sahəsini bu qədər inkişaf etdirə biləcək ikinci ölkə bəlkə də yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB