AXCP-nin daha bir saxtakarlığı üzə çıxdı

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib. SİA-nın verdiyi məlumata görə, hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutan prosesdə Əli Kərimlinin müdafiə tərəfindən bu dəfə də heç kəs iştirak etməyib.

İddiaçı Aydın Əliyev iddiası üzrə analoji hadisələrin olduğunu hakimin diqqətinə çatdırıb. O bildirib ki, Əli Kəriminin tapşırığı ilə nizamnaməyə zidd olaraq istənilən adamı partiyadan kənarlaşdırırlar. Aydın Əliyev NTK sədri olduğu müddətdə partiyanın qanuni maliyyəsinin olmadığını, əldə edilən vəsaitlərin gizli şəkildə, Əli Kərimli tərəfindən aparıldığını bildirdi. Qeyd edək ki, daha öncəki məhkəmə prosesində qaldırılan vəsadət məhkəmə prosesi zamanı açıqlanıb. Belə ki öncəki məhkəmə prosesində iddiaçı tərəf AXCP-nin Aydın Əliyevi haqsız və qanunsuz olaraq kənarlaşdırıldığını bildirmişdir.

Bu gün keçirilən məhkəmə prosesində vəsadət təmin edilib və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Sərhəd Nəzarətinə ünvanlanmış sorğunun nəticəsinə görə, protokola imza atan şəxslərin arasında olan Hüseynova Solmaz Firudin qızı 10.06.2020-ci il tarixində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınıb. 01.06.2019 çıxış Türkiyə 13.06.2019 giriş Türkiyə. Yəni Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı protokolda imzası olan Hüseynova Solmaz Firudin qızının imzası saxtadır. Məhkəmə, şahidlərin də dindirilməsi ilə bağlı məhkəməni 09.06.2020-ci il tarixə qədər təxirə salıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə