Dövlət Miqrasiya Xidmətinin rəis müavini: “Azərbaycanda qeydiyyatsız yaşayan miqrantlar hər an insan alverçilərinin toruna düşə bilərlər”

Dövlət Miqrasiya Xidmətinin rəis müavini: “Azərbaycanda qeydiyyatsız yaşayan miqrantlar hər an insan alverçilərinin toruna düşə bilərlər”

Cari ilin aprelin 1-nə olan məlumata görə, Azərbaycanda 452 min 475 nəfər miqrant var. SİA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev deyib. Onun sözlərinə görə, onlardan 25 faizi əməkçı, 20 faizi Azərbaycanda təhsil almaq üçün gələnlər, 18 faizi isə azərbaycanlılarla qohumluq əlaqəsi olan miqrantlardır. Miqrantlar üçün yaradılan mövcud şəraitə toxunan P.Musayev bildirib ki, ölkədə qeydiyyatda olan miqrant istənilən vaxt ona verilən icazə vərəqəsi ilə vizasız Azərbaycandan öz ölkəsinə gedib qayıda bilər. Eyni zamanda DMX-nın rəis müavini bildirib ki, yaradılmış Vahid Miqrasiya Məlumat Sistemində ölkəyə gələn, qeydiyyatda olan bütün miqrantlar barədə məlumat toplanır və həmin miqrantların iş, yaşayış yerləri nəzarətdə saxlanılır.

 

Miqrasiya siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolunu gücləndirmək məqsədilə keçən ilin sonunda AHİK-in məclisində əməkçi miqrantlann sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri müzakirə olunaraq, xüsusi tədbirlər planı təsdiq edildiyini deyən P. Musayev bildirib ki, eyni zamanda AHİK nəzdində ictimai əsaslarla fəaliyyət göstərən İnformasiya və Resurs Mərkəzi yaradılıb, "qaynar xətt" açılıb.

 

Pərviz Musayev həmçinin Azərbaycanda qeydiyyatsız yaşayan miqrantlar da toxunub: "Azərbaycanda qeydiyyatsız yaşayan miqrantlar təhlükə ilə üzləşə bilərlər. Bu miqrantlar hər an insan alverçilərinin toruna düşə bilərlər. İnsan alverçiləri qeydiyyatsız miqrantları aldadaraq onları müəyyən yollarla xaricə göndərib orada satırlar. Ona görə də, həmin şəxslər ehtiyatlı olmalıdırlar. Qanunsuz miqrantlar insan alveri və digər cinayətlərin qubanına çevrilə bilirlər. Lakin ölkəyə gələn miqrantlara dərhal qeydiyyata düşərsə, hər hansısa bir təhlükə ilə üzləşəndə hüquqlarını müdafiə etmək mümkün olar".

Bütün xəbərlər Facebook səhifəmizdə