Vladimir Putin: "Koalisiya qüvvələri Liviya lideri Müəmmər Qəddafini öldürmək istəyir"

Vladimir Putin: "Koalisiya qüvvələri Liviya lideri Müəmmər Qəddafini öldürmək istəyir"

Koalisiya qüvvələri Liviya lideri Müəmmər Qəddafini öldürmək istəyir. SİA-nın xəbərinə görə, belə bir bəyanatla Danimarkada səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin çıxış edib. O, koalisiya qüvvələrinin BMT Təhlükəsizlik Şurasının mülki vətəndaşların qorunmasını nəzərdə tutan qətnaməsini pozmaqda günahlandırıb. Onun sözlərinə görə, ölüm hökmünün qüvvəyə minməsi üçün əvvəlcə məhkəmə keçirilməlidir: "Koalisiya qüvvələri əvvəlcə vəzifələrinin Liviyada mülki vətəndaşları qorumaqdan ibarət olduğunu desələr də, indi də bəziləri Qəddafini öldürmək istədiyini bildirir. Bunun üçün məhkəmə qurulub. Kim buna icazə verib?".

 

Daha sərt bəyanatla çıxış edən V.Putin dünyada buna bənzər rejimlərin olduğunu və bu rejimlərə silahlı müdaxilənin lazımı nəticə vermədiyini deyib: "Afrika və Somaliyə nəzər yetirək. Yaranan vəziyyət göz qabağındadır. İndi hər yerə hücum edib oranı bombalayaq?".

Bütün xəbərlər Facebook səhifəmizdə