Şəmkir rayonunda göz xəstəliyindən əziyyət çəkən insanların pulsuz müayinəsi məqsədilə aksiya keçirilib. Aksiyaya ölkənin qərb bölgəsi üzrə aztəminatlı ailələrin üzvləri qatılıb. Təkcə bir gün ərzində 20-dən artıq xəstə yoxlanılıb.
Şəmkir rayon mərkəzi xəstəxanasının baş oftalmoloqu Nüşabə Seyidovanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, müayinə zamanı xəstələrin görmə problemləri öyrənilib və müxtəlif müalicələr tətbiq edilib. Bundan əlavə cərrahi müdaxiləyə ehtiyac duyulan xəstələrin sayı dəqiqləşdirilib. Zərifə Əliyeva adına Oftalmologiya İnstitutunun səyyar həkim briqadaları tərəfindən təxminən 30 xəstənin əməliyyat ediləcəyi gözlənilir.
"Cərrahiyyə əməliyyatları 2 gün, may ayının 7-si və 8 i aparılacaq. Şəmkirdə analoji tədbirlərin təşkili artıq ənənə halını alıb", Nüşabə Seyidova deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB