Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - FOTO
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, icra başçısı onları narahat edən problemlərlə maraqlanıb.
Açıq mikrofonda hər bir şikayət və təklif qeydə alınıb və tez bir zamanda həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə göstəriş verilib. Çıxış edənlər bildirib ki, Gəncədə 900-dən artıq şəhid ailəsi və Qarabağ müharibəsi əlili var. Mənzil növbəsində dayanan 300-dən artıq imtiyazlı təbəqənin 148-i artıq mənzillə təmin olunub.
Yığıncaqda o da diqqətə çatdırılıb ki, 2011-ci ilin sonuna qədər digər ev növbəsində olan Qarabağ əlilləri və şəhid ailələri də yeni mənzillərlə təmin olunacaq. İmtiyazlı təbəqənin nümayəndələri iş problemlərinin olduğunu və yaşayış şəraitinin o qədər də yaxşı olmadığını dilə gətiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB