Aydın Mirzəzadə: “Bizim əsas istədiyimiz regionu gələcək təhlükələrdən xilas etməkdir” - AÇIQLAMA

Aydın Mirzəzadə: “Bizim əsas istədiyimiz regionu gələcək təhlükələrdən xilas etməkdir” - AÇIQLAMA
"Azərbaycan əvvəllər də kifayət qədər aktiv zonada yerləşən Metsamor Atom Elektrik Stansiyasının region üçün təhlükə törətdiyi barədə dəfələrlə çox ciddi iddia qaldırsa da, təəssüf ki, bu məsələyə soyuq münasibət var idi. Lakin Yaponiyada baş verən hadisədən sonra yaranan vəziyyətdə artıq hamı üçün məlum oldu ki, Ermənistanda yerləşən bu stansiya böyük problemli bir qurğudur". Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib.

O bildirib ki, stansiyanın təhlükəli olmasına zərurət yaradan amillər onun aktiv seysmik zonada yerləşməsi, sovet texnologiyası ilə tikilməsi və indiki tələblərə cavab verməməsidir. Onun sözlərinə görə, əgər sözügedən stansiyada hər hansı bir fəsad yaranarsa, o zaman böyük bir regionu təhlükə altında qoya bilər.

A.Mirzəzadə vurğulayıb ki, məsələ artıq ciddi şəkildə araşdırılmağa başlanıb: "Araşdırmaların təsirinin olacağını gözləməyə dəyər. Artıq Beynəlxalq Atom Enerjisi Təşkilatı bununla maraqlanmağa başlayıb. Region dövlətlər bu məsələ ilə bağlı müraciət edirlər. Hər halda bu məsələ beynəlxalq siyasətin gündəminə gəlməyə başlayıb. Ermənistan buna mane ola bilməz və məsələni özü bildiyi kimi hələ etməsi də mümkün deyil. Bizim əsas istədiyimiz regionu gələcək təhlükələrdən xilas etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə