IV-V sinif şagirdləri arasında keçiriləcək imtahanda 59 minə yaxın şagird iştirak edəcək
Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bütün orta məktəblərin IV-V sinif şagirdləri və ibtidai sinif müəllimləri riyaziyyat fənnindən imtahan verirlər. SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhər Təhsil İdarəsinin sektor müdiri Firudin Həmzəyev nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, imtahanda 59 minə yaxın IV-V sinif şagirdi və 1200-ə yaxın ibtidai sinif müəllimi iştirak edəcək. Onun sözlərinə görə, test yoxlamasının keçirilməsində məqsəd müəllimlərin və şagirdlərin riyaziyyat fənni üzrə bilik səviyyələrini müəyyən etməkdir. F.Həmzəyev qeyd edib ki, imtahanın təşkil olunması üçün riyaziyyatın seçilməsi onun əsas fənlərdən biri olmasıdır.
"İmtahan zamanı şagirdlərə və müəllimlərə hər birində 15 sual olmaqla 10 variantda olan suallar təqdim olunur. İmtahanda aşağı bilik nümayiş etdirən müəllimlər Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təkmilləşdirmə kurslarına göndəriləcək",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB