Yaponiyada zəlzələ sakitləşmir

Yaponiyada zəlzələ sakitləşmir
Bu gün səhər "Fikusima-1" Atom Elektrik Stansiyası ərazisində 4.3 bal gücündə zəlzələ olub. SİA-nın məlumatına görə, zərərçəkənlər və dağıntılar barədə hələ ki, heç bir məlumat verilməyib. Milli Meteoroloji İdarə sunami təhlükəsi ilə bağlı elan verməyib. Zəlzələnin episentri Sakit okeanda Fikusimaya yaxın ərazidə, 50 kilometr dərinliyində qeydə alınıb. Ən güclü təkanlar Fikusima və İbaraki ərazisində müşahidə olunub.

Qeyd edək ki, günün əvvəlindən Sakit okean ərazisində Yaponiyanın Xonsu adasında 4 bal gücündə 6 zəlzələ qeydə alınıb. Milli Meteoroloji İdarənin məlumatlarına görə, sözügedən ərazilərdə seysmik aktivlik yaxın günlərdə də davam edəcək.

Xatırladaq ki, cari ilin martın 11-də Yaponiyada baş verən zəlzələ və sunamidən sonra bu ərazidə müxtəlif bal gücündə tez-tez zəlzələ qeydə alınır. Hadisə nəticəsində 14 mindən çox insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə