İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib

İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadəni qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlər, Xəzər dənizinin hüquqi statusunun hazırlanması istiqamətində aparılan danışıqların vəziyyəti müzakirə edilib, bu baxımdan Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı sammitinin önəmi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə