Dünyanın ən hündür tikilisində Azərbaycanın dövlət bayrağı əks olunub

Dünyanın ən hündür tikilisi olan Dubaydakı “Bürc-Xəlifə” qülləsində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı əks olunub.

SİA xəbər verir ki, bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş konsulluğunun təşəbbüsü ilə reallaşıb.

Qeyd edək ki, BƏƏ-nin Prezidenti Xəlifə bin Zayed Al Nahyan, BƏƏ-nin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum və Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyan Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə