Əhməd Davutoğlu: “İsrail eyni səhvi təkrarlamasın!”

Əhməd Davutoğlu: “İsrail eyni səhvi təkrarlamasın!”

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu "Mavi Mərmərə" basqının ildönümündə Qəzzaya yardım gəmiləri göndərməyi planlaşdıran vətəndaş cəmiyyəti təşkilatlarının dayandırılmasının müzakirə mövzusu olmadığını bildirib. SİA-nın məlumatına görə, "Sydney Morning Herald" qəzetinə açıqlama verən Ə.Davudoğlu Qəzza mühasirəsinin qeyri-qanuni olduğunu xatırladaraq "İsraili eyni səhvi təkrarlamaması ilə bağlı xəbərdar edirik", söyləyib.

 

Qəzzaya yardım aparan vətəndaş cəmiyyəti təşkilatlarına yalnız tövsiyələr verə biləcəklərini deyən nazir onları dayandıra bilməyəcəklərini qeyd edib. O, keçən il 9 Türkiyə vətəndaşının ölümünə səbəb olan "Mavi Mərmərə" qırğınından əvvəl də təşkilatçıları səfərdən imtina etməsi ilə bağlı xəbərdar etdiklərini söyləyib.

 

"Ağ dəniz heç bir ölkəyə aid deyil" deyən xarici işlər naziri "Mavi Mərmərə"dəkı türk vətəndaşlarının beynəlxalq sularda öldürüldüyünü də xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə