Samux rayonunda Dövlət Sərhəd Qoşunlarında xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Milli Qəhrəmanlara həsr olunan filmin təqdimatı keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə rayon İcra Hakimiyyətinin rəsmiləri, Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Milli Qəhrəman Eltun İsgəndərovun qəbrini ziyarət ediblər.
İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Eltun İsgəndərovun keçdiyi ömür yoluna nəzər salınıb. Bildirilib ki, Samux rayonunun ilk Milli Qəhrəmanı olan Eltun İsgəndərov şərəfli həyat yolu ilə bir çox gənclərə əsl örnəkdir. Məhz cəsurluğu, vətənə sevgisi sayəsində prezident İlham Əliyev tərəfindən ən yüksək ada, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Flim Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan zabit və əsgərlərinə həsr olunub.
Təqdimat mərasimində Eltun İsgəndərovun valideynləri və yaxınları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB