Ermənistanı dəhşətli miqrasiya dalğası bürüyə bilər. SİA-nın "Haykakan Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, hazırkı həyat şəraitinin davam edəcəyi təqdirdə, bu ilin sonunadək ölkəni daha 300 min nəfər tərk edəcək. Məlumatda bildirilir ki, burada qonşu Gürcüstana üz tutmuş və orada biznes qurmuş şəxslər nəzərə alınmır.
SİA-nın "ArmToday" saytına istinadən verdiyi xəbərə görə, öz mənbələrinə əsaslanan qəzet yazır ki, həmin insanların çoxunun qonşu ölkələrdə şəxsi biznesləri var. Onlar Ermənistana gəlib-gedir və buna görə də hesab olunur ki, onlar Ermənistanda yaşayırlar. Araşdırmalara əsasən, miqrasiya səviyyəsinin artması ölkə əhalisinin 80 faizində yaranmış məyusluq və inamsızlıqla bağlıdır. "Beləliklə, Ermənistanı müharibə dövründən sonra ən dəhşətli miqrasiya dalğası gözləyir. Bu prosesi dayandırmaq üçün insanlar yenidən sabaha inanmalıdırlar. Bu problemi isə yalnız hakimiyyəti dəyişməklə həll etmək olar. Hakimiyyətin dəyişilməsi və ya ermənilərsiz Ermənistan qeyd olunan araşdırmanın formuludur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB