Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri: ""Erməni soyqırımı"nın dünyada tanınma prosesi zəifləyib"
Dünya artıq "erməni soyqırımı"na inanmır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sarqsyan deyib. O, qeyd edib ki, qondarma "erməni soyqırımı" artıq özünə tərəfdaş qazana bilmir: "Qondarma soyqırımının tanınması prosesi ona görə zəifləyib ki, dünya artıq dünya ermənilərə inanmır. Bunu biz yox, bu günlərdə Kanadada və Avropada nəşr olunan "Esprit de Corp" jurnalının təsisçisi, tanınmış jurnalist Skott Teylor BBC kanalına müsahibəsində deyib".
Kanadalı jurnalistin müsahibəsindən bir neçə sitat gətirən Manvel Sarqsyan yarana vəziyyəti təhlükəli adlandırıb: "Mən müsahibədə gedən sözləri deyim ki, sizdə bilin: "Dünyada yazıq görkəmi ilə diqqəti cəlb etməyə çalışan ermənilər üçün saxta "soyqırımı" iddiaları bir şəxsiyyət vəsiqəsi olub. Ermənilər məzlum tərəf kimi görünməyi çox sevirlər. Lakin türklər və azərbaycanlılarla qarşılaşdıqda simaları dəyişir. Onlar mənimlə söhbət zamanı Dağlıq Qarabağdakı hərbi hissələrinə Osmanlı ordusuna qarşı vuruşmuş generallarının adını verdiklərini söyləyirlər. Digər tərəfdən, bunun beynəlxalq icma tərəfindən bilinməsini də istəmirlər. Çünki onların Osmanlıya qarşı qaldırdıqları üsyanlar və qətlə yetirdikləri yüz minlərlə türk haqqında həqiqətlər ortaya çıxa bilər. Yazıq görünmək istəyən ermənilər 1992-ci ildə əllərinə fürsət düşdükdə eyni soyqırımları Dağlıq Qarabağda da törətdilər. Onlar bunun da dünyaya məlum olmasını istəmirlər. Bu "məzlum erməni" imicinə zərər vura bilər".
Manvel Sarqsyanını sözlərinə görə, artıq beynəlxalq aləmdə soyqırıma məruz qaldıqları haqda deyilən ifadələr ölkələri maraqlandırmır. Belə ki, dünya dövlətləri anlayırlar ki, bütün irəli sürülən bu iddialar həqiqətən də uydurma, qondarma erməni yalanıdır: "Hətta özləri də, özü də ən yüksək səviyyədə artıq etiraf edir ki, qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınma prosesi ləngiyib. Onlar artıq Türkiyə ilə dialoq aparmaq istiqamətinə baxırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB