Görkəmli yazıçı, tanınmış ədəbiyyatşünas, ictimai xadim Mir Cəlal Paşayevin anadan olmasının 108-ci ildönümü münasibəti ilə Gəncə şəhərində xatirə gecəsi keçirilib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, Mir Cəlal Paşayevin Gəncədəki ev müzeyində keçirilən xatirə gecəsinə şəhər rəhbərilyi və ziyalılar qatılıb.
Çıxışlarda görkəmli ədibin həyat və yaradıcılığına nəzər salınıb, Mir Cəlal Paşayevin bədii və elmi irsi, zəngin yaradıcılığı və ictimai fəaliyyati haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, istedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz romanları və hekayələri ilə daha da zənginləşdirib. Həyatı boyu ədəbiyyatımızı tədqiq edən alim kimi Azərbaycan ədəbiyyatı nəzəriyyəsini yaratmış və bu, onun müəyyən etdiyi qaydalar və prinsiplər əsasında inkişaf etmiş və bu günə qədər də inkişaf etməkdədir.
Sonda incəsənət ustalarının ifasında mahnılar səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB