Azərbaycan Pakistana yardımını davam etdirir

Azərbaycan səfirliyinin kollektivi pandemiyanın nəticələrinin aradan qaldırılmasına töhfə vermək üçün Pakistanda 400-dən çox ailəyə ərzaq paketləri paylayıb. SİA-nın xəbərinə görə , bu barədə məlumat Azərbaycanın Pakistandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində qeyd olunub. Qeyd edək ki, Pakistanda indiyədək 57 705 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 18 314 nəfər sağalsa da, 1 197 nəfər dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə