Çernobıl əlillərinin müalicəsi üçün Mingəçevir Radioloji tibb mərkəzinin tikintisi nəzərdə tutulub

Çernobıl əlillərinin müalicəsi üçün Mingəçevir Radioloji tibb mərkəzinin tikintisi nəzərdə tutulub
"Mingəçevir Radioloji tibbi mərkəzinin tikintisi Çernobıl əlillərinin müalicəsi üçün nəzərdə tutulub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan "Çernobıl Əlilləri" İttifaqının sədri Mirhüseyn Hüseynov bildirib.

Onun sözlərinə görə, bu inşa üçün konkret layihələr hazırlanıb və yaxın günlərdə tikintisinə başlanılacaq.

İttifaq sədri onu da vurğulayıb ki, gələcəkdə çalışacağıq ki, Çernobıl əlillərinin xəstə doğulan uşaqlarının da statusu müəyyən olunsun və onların statusu da iştirakçıların statusuna bərabər tutulsun.

Bütün xəbərlər Facebook səhifəmizdə