Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib

Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edib. Komissiyadan SİA-y verilən məlumata görə, müsahibəyə 12 dövlət orqanından 64 vakant vəzifə üzrə 66 vakant yer çıxarılıb.

Vakant vəzifələrin olduğu dövlət orqanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (1 vəzifə üzrə 1 yer), Təhsil Nazirliyi (6 vəzifə üzrə 6 yer), Nəqliyyat Nazirliyi (1 vəzifə üzrə 1 yer), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (1 vəzifə üzrə 1 yer), Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi (1 vəzifə üzrə 1 yer), Kənd Təsərrüfatı Nazirliyi (11 vəzifə üzrə 11 yer), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (2 vəzifə üzrə 2 yer), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (15 vəzifə üzrə 16 yer), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (23 vəzifə üzrə 23 yer), Bakı şəhər Nəsimi Rayon Məhkəməsi (1 vəzifə üzrə 2 yer), Lerik rayonu İcra Hakimiyyəti (1 vəzifə üzrə 1 yer) və Şəki şəhər İcra Hakimiyyətidir (1 vəzifə üzrə 1 yer).

Müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu mayın 16-sı saat 18.00-dək aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə