Dünən axşam saat 10 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna hadisənin baş verməsi barədə məlumat verən BDYP-nın 12 -ci taqımının inispektoru Əliyev bildirib ki, Bakı Qazax yolunun 124-ci km Bakı istiqamətinə hərəkət edən VAZ 21010 markalı nömrəsiz avtomabil həmin istiqamətdə hərəkət edən Kamaz markalı maşına arxa sağ tərəfdən dəyərək idarə etməni itirib və nəticədə yoldan çıxaraq aşağı tərəfə düşüb. Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.VAZ 21010 markalı maşında olan sürücünün durumu ilə bağlı Şirvan Xəstəxanasının travmatalogiya şöbəsinin müdiri Tofiq Hüseynov bildirib ki, Hacıqabul ərazisində baş vermiş qəza nəticəsində 1990-cı il təvəllüdlü Abdullayev Mirsaleh Xəlilgullah oğlu üz nahiyyəsinin çox saylı əzilmiş, sıyrılmış yarası ilə müracət edib, ilkin tibbi yardım göstərildikdən sonra ambulator nəzarət üçün evə buraxılıb. 1983-ci il təvəllüdli Quliyev Qəhrəman Qabil oğlu döş qəfəsinin, qarının küt travması və üz nahiyəsinin sıyrılmış yaraları diaqnozu ilə xəstəxanaya müraciət ediblər. Hər 2 şəxs Hacıqabul sakinidir.
Xatırladaq ki, maşını idarə edən Quliyev Qəhrəman Qabil oğlu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB