Litvanın prezidenti gələn həftə Azərbaycana gələcək

Litvanın prezidenti gələn həftə Azərbaycana gələcək
Gələn həftə Litvanın prezidenti Dalia Qrubauskayte Azərbaycana, Gürcüstana, Ermənistana səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə prezident rəsmisi Lynas Balsys bildirib.
"Gələn həftə Qafqaza çox maraqlı, ciddi və mənalı səfər olacaq. Prezident öz nümayəndə heyəti ilə birgə Gürcüstan, Azərbaycan və Ermənistanda olacaq",- deyə prezidentin baş məsləhətçisi açıqlaması zamanı söyləyib. Onun sözlərinə görə, prezidentin səfər edəcəyi ölkələr "dondurulmuş" və davam edən münaqişə zonası olduğuna görə, bu səfər həmin ölkələr arasında dioloqu stimullaşdıracaq.
Xatırladaq ki, hazırda Litva ATƏT-ə sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə