Gəncənin uşaq evində köhnə yeməklər verilir - FOTOSLAYD

Gəncənin uşaq evində köhnə yeməklər verilir - FOTOSLAYD

İcra Hakimiyyəti Aparatının rəsmləri, şəhər Təhsil və Maliyyə İdarələrinin rəislərindən ibarət yaradılan Komissiya tərəfindən Gəncə uşaq evində yoxlamalara başlanılıb. SİA-nın Qərb bürosu xəbər verir ki, yoxlamalar zamanı burada tərbiyə alan körpələrin vəziyyəti, gündəlik məişət şəraiti, qidalanma və digər bu kimi hallar nəzərdən keçirilib.

 

Monitorinqlər göstərib ki, uşaq evində çalışan işçilərin bəziləri yerində yoxdur və ya sadəcə müəyyən şəxslərin siyahıya salınıb. Komissiyanın araşdırması zamanı cədvəl üzrə 70-dən artıq uşaq olmalı halda, yeməyə 60 uşaq qatılıb.

 

Bundan əlavə, monitorinqlərdə gün ərzində uşaqlara verilən yeməklərin normativə nə dərəcədə uyğun olduğu da diqqətdə saxlanılıb. Belə ki, burada sığınacaq tapan uşaqlara verilən yağ, pendir, çörək məhsulları tərəzidə çəkilib. Nəticədə uşaqlara normadan az qida məhsulları verildiyi ortaya çıxıb. Ən dəhşətlisi isə odur ki, uşaqlara köhnə yeməklər verilir. Komissiya üzvləri həmçinin körpələrin yataq şəraitindən də narazı qalıb. Burada yararsız, çirkli yataq dəstlərindən istifadə olunur. Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Natiq Cabbarovun SİA-ya verdiyi məlumata görə Uşaq Evində bəzi inventarların, verilən ianələrin əksəriyyəti qeydiyyata alınmır, xüsusi anbarlarda saxlanılır.

 

Komissiya müəssisədə təxminən 4 saatdan artıq yoxlama aparıb. Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev SİA-ya bildirib ki, yoxlamaların nəticəsindən asılı olaraq müəssisənin hazırkı rəhbəri barəsində tədbirlər görüləcək.

 

Monitorinqlər bir neçə gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə