"Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları" mövzusunda beynəlxalq konfrans keçirilir

"Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları" mövzusunda beynəlxalq konfrans keçirilir
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunan konfrans Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının Sosial Müdafiəsinin İnkişafi layihəsinin dəstəyi ilə təşkil olunub. Tədbirdə çıxış edən nazir Füzuli Ələkbərov bildirib ki, ölkədə vətəndaşların əmək hüquqlarının qorunması istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, iş yerlərində dözülməz əmək şəraiti vətəndaşların hüquqlarının pozulmasına, keyfiyyətin aşağı düşməsinə səbəb olur: "Hər il dünyada iş prosesi zamanı 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon peşə xəstəliyi yaranır, 2 milyon 300 min insan isə istehsalatda həlak olur. Bununla da dünya iqtisadiyyatı 1,5 trilyon dollar həcmində itkiyə məruz qalır. Ancaq Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial iqtisadi siyasət bugün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə