Suriyada anti-hökumət nümayişlərinin baş qaldırmasından bəri 350-dən çox insan ölüb

Suriyada anti-hökumət nümayişlərinin baş qaldırmasından bəri 350-dən çox insan ölüb
Suriyada anti-hökumət nümayişçilərinə qarşı mübarizə məqsədilə tanklar və zirehli texnikanın Deraa və Duma şəhərlərinə göndərilməsindən sonra ölkədə 500-dək insan həbs edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrinin ötən gün Deraa və Duma şəhərlərinə daxil olmasından sonra 20-dən çox insan ölüb. Cənub şəhərlərində rabitə əlaqəsinin kəsilməsi isə məlumatların təsdiqlənməsini çətinləşdirib. Hökumət qüvvələrinin paytaxt Dəməşq ətrafındakı Muadhamiyə şəhərində də rejim əleyhdarlarına atəş açdığı və onlarla insanı həbs etdiyi bildirilir.
Ümumilikdə isə martın 18-də Deraa şəhərində anti-hökumət nümayişlərinin baş qaldırmasından bəri 350-dən çox insan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə