PKK-İrəvan “soyqırımı” qardaşlığı

PKK-İrəvan “soyqırımı” qardaşlığı

Terror təşkilatı PKK-nın liderlərindən biri Murad Karayılanın İrəvandakı "soyqırımı" abidəsini ziyarət etməsi xəbəri yayılıb. SİA-nın məlumatına görə, Ermənistanın "term.am" xəbər saytı "yüksək rütbəli PKK lideri Murad Karayılan soyqırımı qurbanlarını andı" xəbərini yayımlayıb. Xəbərdən görünən budur ki, Murad Karayılan Ermənistan prezidenti Serj Sarkisyanın da qatıldığı anım mərasimində iştirak edib.

Ancaq ermənilərin başqa bir xəbər saytı "news.am" isə Karayılanın "soyqırımı" mərasimlərinə qatılmadığını, yalnız erməni xalqına göndərdiyi məktubun oxunduğunu bildirib. Xəbərdə PKK liderinin türkləri "sürgün və soyqırımı" etməkdə günahlandırdığı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə