“İnsanlıq abidəsi”nin sökülməsinə Aİ-dən sərt reaksiya

“İnsanlıq abidəsi”nin sökülməsinə Aİ-dən sərt reaksiya

Qarsdakı "İnsanlıq abidəsi"nin sökülməsinə başlanılması Avropa İttifaqının etirazı ilə qarşılanıb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə-Aİ Birgə Parlament Komissiyasının həmsədri Helene Flautre abidənin dağıdılmasını "sənətə senzura" kimi qiymətləndirib. O, bildirib ki, abidə eyni zamanda türklər və ermənilərin qardaşlıq və bərabərlik layihəsidir və sökülmə qərarı bu mesajın da ortadan qaldırılması anlamına gəlir.

 

Məmməd Aksoyun vəkili Turqut Kazan isə abidənin dağıdılmasının Ali Mühafizə Təşkilatının qərarlarına zidd olduğunu bildirib. O, qeyd edib ki, Qarsın bələdiyyə başçısı, bələdiyyə səlahiyyətliləri və sökülməni icra edən kəslər hüquqi məsuliyyət daşıyır. Turqut Kazan Respublika Baş Prokurorluğuna müraciət edəcəyi, həmçinin təzminat iddiası açılacağını deyib. Kazan Dövlət Şurasına da müraciət edəcəyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə