Bu gün Astarada qaz olmayacaq

Qaztənzimləyici şkafların quraşdırılması ilə əlaqədar aprelin 26-da saat 10.00-dan 17.00-dək "Astara" qazpaylayıcı stansiyasından və "Ərçivan" avtomat qazpaylayıcı stansiyasından təbii qazın təchizatı dayandırılacaqdır.

SİA-nın məlumata görə, həmin müddətdə Astara şəhəri də daxil olmaqla, Ərçivan, Artupa, Alaşa və Səncərədi kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə