Türkiyə prezidenti Abdullah Gül Avstriya prezidenti Heinz Fişerin dəvəti ilə 2-4 may tarixləri arasında bu ölkəyə rəsmi səfər edəcək.
SİA-nın xəbərinə görə, Prezident administrasiyasının Mətbuat Mərkəzinin yaydığı məlumata görə, 13 illik fasilədən sonra Türkiyədən Avstriyaya prezident səviyyəsində həyata keçiriləcək bu ilk səfərin Fişerin 2008-ci ildə Türkiyəyə həyata keçirdiyi səfərə cavab xarakteri daşıdığı bildirilib.
Açıqlamaya görə, Gül Vyanadakı rəsmi görüşlərində Avstriya ilə ikitərəfli əlaqələr və əməkdaşlıq ilə Avropa Birliyinə üzvlük prosesini müzakirə edəcək, iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparacaq.
Avstriyalı firmaların yüksək səviyyəli təmsilçiləri ilə də görüşü planlaşdırılan Gül Avstriya prezidenti Fişerlə Türkiyə-Avstriya Biznes Forumuna qatılacaq.
Səfər zamanı Türkiyə-Avstriya Birgə İqtisadi Komissiyasının toplantısı da keçiriləcək.
Vyanadakı səfər proqramını tamamladıqdan sonra görüşlərinə Salzburqda davam edəcək Abdullah Gül burada da türk toplumunun təmsilçiləri ilə bir araya gələcək.
Prezident eyni zamanda Avstriya Dövlət Televiziyasına (ORF) müzahibə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB