İmişli rayon xəstəxanasında təmir işləri ilin sonuna kimi yekunlaşacaq
Son dövrlər respublikamızda səhiyyə ocaqlarının müasir səviyyədə əsaslı təmiri və tikintisinin geniş vüsət alması İmişli rayon xəstəxanasını da əhatə edib. SİA-nın aran bürosunun müxbiri xəbər verir ki, əhaliyə yüksək tibbi xidmətin göstərilməsi məqsədi ilə prezident İlham Əliyevin 2010-cu ilin 1 rübündə imzaladığı sərəncama əsasən İmişli rayon xəstəxanası dövlət büdcəsindən ayrılmış vəsait hesabına Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir olunur.
Xəstəxanada 2010-cu ilin may ayından "İnam" MMC tikinti şirkəti tərəfindən əsaslı yenidən qurma işlərinə başlanılıb və işin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. Xəstəxanada eyni zamanda mərkəzləşmiş istilik sistemi, çamaşırxana, mətbəxt və yeməkxana tikilərək istifadəyə veriləcək.
Xəstəxananın baş həkimi Tahir Mikayılovun verdiyi məlumata görə, 1970-ci illərdə tikilən xəstəxana sonrakı illərdə hissə-hissə təmir olunsa da əsaslı səviyyədə təmir olunmayıb. Xəstəxana 2 mərtəbə, 3 korpusdan ibarət olub, 136 çarpayılıqdır. Tibb ocağında terapiya, cərrahiyyə, lor, travmotologiya, ginekologiya, rentgen, labaratoriya, fizoterapiya, poliklinika, təcili yardım və yoluxucu xəstəliklər şöbəsi ilə yanaşı uşaq xəstəxanası da fəaliyyət göstərir. Xəstəxanada 54 həkim və 250 tibb bacısı işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB