35 yaşlı yeni icra başçısı kimdir? YENİ TƏYİNAT

35 yaşlı yeni icra başçısı kimdir? YENİ TƏYİNAT

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. SİA xəbər verir ki, bundan əvvəl Seymur Orucov Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri vəzifəsini icra edirdi.

Belə ki, o, 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildə magistraturanı bitirmiş, elə həmin ildən kafedranın aspirantı və müəllimi olub.

2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 2009-cu ildən 2011-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru, 4 aprel 2011-ci il tarixində Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

2010-cu ildə "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə