"Bu Azərbaycanın sosial xidmət sahəsində uğurlarını daha da artıracaq" ÖZƏL-MÜNASİBƏT

"Bu Azərbaycanın sosial xidmət sahəsində uğurlarını daha da artıracaq" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycanda bir çox sahələrdə dərin və genişmiqyaslıislahatlar həyata keçirilir. Bu islahatlar sırasında sosial xidmət sahəsi prioritet istiqamətlərdən biri sayılır. Əsas məqsəd və hədəf isə vətəndaş məmnunluğunun və sosial xidmət sahəsində şəffaflığın artırılmasıdır". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan artıq bu sahədə böyük uğurlara nail olub: "Azərbaycanın bu istiqamətdə fəaliyyəti beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla və böyük uzaqgörənliklə davam etdirir.

DOST layihəsi Azərbaycanın sosial xidmət sahəsində uğurlu və uzagörən layihələrindən biri sayılmalıdır. Son illər bu mərkəzlərin fəaliyyət və əhatə dairəsi sürətlə genişlənir. Yaxın vaxtlarda bölgələrdə də yeni DOST mərkəzləri yaradılacaq, əhaliyə 130-dan çox sosial xidmət göstəriləcək.

Azərbaycanın xidmət sahəsində böyük nailiyyətlərindən biri olan ASAN xidmət layihəsi artıq bir neçə ildir ölkəmizdə həm Bakıda, həm də bölgələrdə fəaliyyətini uğurla davam etdirir, vətəndaşlara yüksək xidmət göstərir. Bu gün bir sıra ölkələr bu modelin öz ölkələrində tətbiqinə başlayıblar. Bu layihə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həm də yeni gəncliyin və gənc kadrların hazırlanmasında ciddi rol oynayır.

Bütün bu layihələrin həyata keçirilməsində əsas məqsəd xidmət sahəsindəislahatları daha da dərinləşdirmək və vətəndaş məmnunluğunu artırmaqdır. Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində ölkə vətəndaşlarının həyat şəraitinin və rifahının daha da yaxşılaşdırılması durur. Vətəndaşlar da bu xidmətlərdən razılıq və öz məmnunluqlarını ifadə edirlər.

Qeyd etməliyik ki, bu mərkəzlərin açılması eyni zamanda həm Bakıda, həm də bölgələrdə yeni iş mərkəzlərinin yaradılmasına şərait yaradacaq, işə peşəkar və məsuliyyətli yanaşmanın yeni nümunəsini ortaya qoyacaq. Bu isə Azərbaycanın sosial xidmət sahəsində uğurlarını daha da artıracaq.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev yeni DOST mərkəzinin açılmasında ölkəmizin gələcəyi üçün xüsusi önəm daşıyan bir çox digər vacib məqamlara da toxundu. Bu onu göstərir ki, ölkə rəhbərliyi ölkəmizin inkişafını, bir çox sahələrdə islahatların dərinləşdirilməsini xüsusi diqqətdə saxlayır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə