İranın kompüter sistemlərinə yeni virus hücumu təşkil edilib. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, "Stars" adlanan virusun məhdud çərçivədə ziyan verdiyi bildirilib.
İranlı səlahiyyətlilər virusun hədəfi və zərər vermə gücünü araşdırırlar. Virusun bəzi xüsusiyyətlərin müəyyən olunduğunu deyən səlahiyyətlilər onun kəşf tarixini açıqlamayıblar.
Qeyd edək ki, 2010-cu ildə "Stuxnet" adlı kompüter virusu İranın kompüter sistemlərinə ziyan vurmuşdu. Sonradan virusun əsas məqsədinin İranın nüvə mərkəzlərinə zərər vurmaq olduğu üzə çıxmışdı. İran 30 mindən çox kompüterə daxil olan və Natanzdakı nüvə mərkəzində uranın zənginləşdirmə proqramında gecikməyə səbəb olan "Stuxnet" virusuna görə, ABŞ və İsraili günahlandırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB