“Qaz nəqli üçün vahid tarif yalnız bir bazarda tətbiq edilə bilər” Putin
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki, vahid qaz nəqli tarifi yalnız bir bazarda həyata keçirilə bilər. SİA xəbər verir ki, bu barədə Erənistana məxsus tert.am saytı yazır və qeyd olunur ki, Rusiya prezidenti bu fikirləri Ali Məclisin iclasında çıxışı zamanı deyib.
Qeyd olunur ki, çərşənbə axşamı günü Ali Avrasiya İqtisadi Şurasının video konfrans formatında iclası keçirilib. İclası giriş sözü ilə açan Belarus Prezidenti Aleksandr Lukashenko, qazın Avrasiya İqtisadi Şurası ölkələri ərazisindən nəqlinə görə tariflərin formalaşdırılması məsələsini yenidən gündəmə gətirib.
"Neçə ildir ki, qarşılıqlı məqbul bir həll qərarı verə bilməmişik. Üstəlik, problemin aktuallığı daim artır", deyə Lukashenko vurğulayıb.
Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Şurası ölkələrinin ümumi enerji bazarının və qaz qiymətlərinə vahid bir yanaşmanın yaradılması zəruriliyini deyib.
Buna cavab olaraq Putin nəzərə çatdırıb ki, vahid tarif yalnız vahid büdcə və vahid vergi sistemi olan vahid bazarda həyata keçirilə bilər.
“Bu inteqrasiya səviyyəsinə çatana qədər "qaz qiymətləri bazar şərtləri əsasında formalaşdırılmalı, tədarükçülərin xərcləri və investisiyaları nəzərə alınmalı, eyni zamanda istehsalata qoyulmuş kapitala uyğun gəlir dərəcəsi təmin edilməlidir", deyə Vladimir Putin bildirib.
Putin xatırladıb ki, tranzit və qaz nəqli üçün tariflərin müəyyən edilməsi məsələsi Avrasiya İqtisadi İnteqrasiyasının 2025-ci ilədək inkişafına dair Strateji istiqamətlər layihəsinə daxil edilib. Putinin fikrincə, məsələ Strategiya layihəsindən çıxarılmalıdır.
Onun sözlərinə görə, Rusiyanın mövqeyi Qazaxıstan və Qırğızıstan tərəfindən dəstəklənir. "Üç ölkə - Rusiya, Qazaxıstan və Qırğızıstan tərəfindən dəstəklənən bir düstur var. Onun mahiyyəti odur ki, qaz qiymətinə yanaşmalar sonradan, danışıqlarda müəyyən oluna bilər. Ermənistan və Belarus həmkarlarımız bu formulu hələ qəbul etməyiblər və öz fikirləri var. Əgər onunla razılaşa bilsələr, strategiyanı ümumiyyətlə təsdiqləmək üçün başqa heç bir maneə olmazdı", deyə Rusiya prezidenti xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB