Fransa Sosialist Partiyasından Fransa və İtaliya liderlərinin ünvanına şok ittiham səslənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransa müxalifətindəki partiyanın ikinci rəsmi şəxsi hesab edilən Harlem Desir prezident Nicola Sarkozi və İtaliya baş naziri Silvio Berluskonini Tunis və Liviyadan gələn immiqratlarla əlaqədar çıxan böhran səbəbilə Avropa üçün "utanc mənbəyi" adlandırıb.
RTL radio kanalına danışan Desir "onlar immiqratları bir məhsul kimi görür. İkisinin də davranışları çox məsuliyyətsizdir, onlar Avropa üçün utanc mənbəyidir" deyib. O, bildirib ki, Fransa əslində Avropanın immiqrant problemini həll etmək üçün qitədə qurulacaq əməkdaşlığa liderlik etməli idi.
Qeyd edək ki, Fransa və İtaliya liderləri sabah Romada baş tutacaq görüşdə Şimali Afrikadan Avropaya gələn immiqratların problemini müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB