Ərdoğan: "Ermənistan prezidenti Serj Sarkisyanla tək görüşəndə də demişəm..."
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamanın ermənilərə 24 aprel müraciətində "soyqırımı" sözünü işlətməməsi məsələsinə münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, Obama məhz bu cür çıxışı Türkiyənin bu məsələyə olan həssaslığını nəzər alaraq edib.
Türkiyəli diplomat həmçinin Türkiyə-Ermənistan münasibətlərinə də toxunub: "Parlamentə göndərilən protokollar Azərbaycanla Ermənistan arasında sülh əldə olunmayana qədər ratifikasiya edilməyəcək. Mən bu haqda Ermənistan prezidenti Serj Sarkisyanla tək görüşəndə də demişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB