“Gültəkin Hacıbəylinin Qabil Məmmədovun terror çağırışları ilə bağlılığı var” Abutalıb Səmədov

“Gültəkin Hacıbəylinin Qabil Məmmədovun terror çağırışları ilə bağlılığı var” Abutalıb Səmədov

“Azərbaycan prezidentli respublikadır və hakimiyyətə gəlmək üçün prezident seçkilərini udmaq lazımdır”. Bu fikirləri SİA-ya Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov “Milli Şura”nın “zoom” toplantısı zamanı qurumun koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylinin “sentyabrda hakimiyyətə gəlməyə hazırlaşıram” iddiasını və bunun ardınca AXCP sədri Əli Kərimlinin cangüdəni Niyaməddin Əhmədovun Almaniyadan ekstradisiyası gözlənilən Qabil Məmmədovla əlaqəsi, habelə terrorçuluq ittihamı ilə bağlı fikirlərini şərh edərkən deyib. Onun fikrincə, Gültəkin Hacıbəylinin iddiasının Qabil Məmmədovun terrorçuluq çağırışları ilə bağlılığı var.

ANAP-nın sədri eyni zamanda hesab edir ki, əgər seçkilər 2025-ci ildə nəzərdə tutulubsa, demək sentyabrda hakimiyyətə yalnız çevriliş yolu ilə gəlmək olar, bunun başqa bir izahı da yoxdur: “Ona görə də hesab edirəm ki, Gültəkin Hacıbəylinin iddiası müvafiq orqanlar tərəfindən çox ciddi şəkildə araşdırmalıdır. Çünki 2020-ci ilin sentyabrında qanuni yolla hakimiyyətə gəlmək imkanları yoxdur. Demək, qeyri-qanuni yolla hakimiyyətə gəlməyə ümid etmək olar və görünür ki, həmin bəyanatı verən də məhz bu məsələ ilə əlaqədar iddia irəli sürüb. Bu ehtimal özünü kifayət qədər doğrulda bilər və ayrı variantı da yoxdur. Çünki seçki yoxdursa, bunlar necə hakimiyyətə gələcəklərini düşünürlər? Şübhəsiz ki, qeyri-qanuni yollarla...”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə