"İşğalçı ölkə görməli və anlamalıdır ki, Azərbaycan işğalla barışmayacaq”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan, ordunun gücünü ona görə artırır ki, sülh danışıqları nəticə verməyəcəyi halda, istənilən anda torpaqlarımızı işğaldan müharibə yolu ilə azad edə bilək: “İşğalçı Ermənistan tərəfi bunu anlamalıdır. Azərbaycan silah və texnikanın alınmasına hər il milyardlarla dollar xərcləyir. Ermənistan bununla heç bir zaman ayaqlaşa bilməz. Düşmən tərəfi də bundan qorxur və çəkinir. Hərbi təlimlərin keçirilməsinin digər əhəmiyyəti ondan ibarətdir ki, biz aldığımız hərbi texnika və sursatı sınaqdan keçiririk. Bunu da düşmən görür və qiymətləndirməyə çalışır ki, buna qarşı necə cavab versin. Amma cavab verməyə gücü çatmır. Ermənistan son anda Rusiyadan silah və hərbi texnika dilənir. Lakin Azərbaycan müxtəlif dövlətlərdən silahı, qazandığı pulla əldə edir. Həmçinin bu hərbi təlimlər müxtəlif istiqamətlərdə həyata keçirilir. Bununla da biz işğalçıya göstəririk ki, istənilən istiqamətdə, istənilən hərbi əməliyyatı həyata keçirməyə, torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB