"Azərbaycan ordusunun may ayının 18-də başladığı növbəti təlimləri, Ali Baş komandanın təsdiq etdiyi tədbirlər planına uyğun olaraq keçirilir. Belə bir deyim var. Müharibədə asan olmaq olması üçün təlimdə əziyyət çəkməlisən. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz ordumuzu daha da gücləndirməliyik". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, son illərdə dövlətin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsi olaraq Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu siyahısına düşüb: "Silahlı Qüvvələrimiz ən müasir silahlarlarla, texnika ilə təchiz olunub. Təbii olaraq yeni silahların, texnikanın mənimsənilməsi və şəxsi heyətin döyüş qabiliyyətinin, fiziki, taktiki hazırlığının daima artırılması baxımından təlimlərin sistemli şəkildə keçirilməsi olduqca vacibdir. Sutkanın müxtəlif saatlarında, fərqli relyefə malik coğrafi ərazilərdə taktiki döyüş təlimlərinin keçirilməsi və hər dəfə şərti olaraq müxtəlif döyüş tapşırqlarının icrası ordunun daha da güclənməsini şərtləndirməklə yanaşı, düşməni də psixoloji təsir altında saxlayır. Düşmən bundan narahatlığını gizlətmir və hər dəfə belə döyüş təlimlərinə ayrı ayrı qoşun növlərinin birgə və daha iri miqyasda iştirakını müşahidə etdikdə isə ordumuzun nəyə qadir olduğunu bilir. Ölkə Başçımızın bir sözünü xatırlatmaq istərdim. “Ordumuzun güclənməsi üçün nə qədər lazımdırsa, biz o qədər vəsait ayıracağıq”. Hesab edirəm ki, ən doğru yanaşmadır. Vətənin bütövlüyü, təhlükəsizliyi hər şeydən önəmlidir və ordumuzun daha da güclənməsi üçün əlimizdən gələni etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB