Çinin paytaxtı Pekin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Dasin rayonunda dördmərtəbəli yaşayış binasında qeydə alınmış hadisə nəticəsində 17 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Təhlükəsizlik tədbirləri çərçivəsində binadan 30 nəfərin təxliyyəsi həyata keçirilib. Yanğının binanın 1-ci mərtəbəsində başladığı qeyd olunur.
Yanğınsöndürmə işlərinə, 200 yanğınsöndürən və 27 yanğınsöndürən avtomobil cəlb olunub. Təxminən, 1 saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB