"Pay torpağı olan insanlara sosial yardım verilməməsi məntiqə sığmır" Əli Məsimli
"Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi çox vacibdir. Ölkə başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirini qəbul edən zaman ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi istiqamətində əlavə işlər görülməsini tapşırıb". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Ölkə başçısı ilə nazirin görüşü zamanı vacib məqamın ortaya çıxdığını deyən deputat söyləyib ki, nazirlik pay torpağı olan 7000 ailəyə ünvanlı sosial yardım verilməsini təmin etmişdi: "Deməli, bundan başqa da pay torpaq sahəsi olan insanların da ünvanlı sosial yardım alması mümkündür. Pay torpağı olan insanlara ünvanlı sosial yardım verilməməsi məntiqə sığmayan addımdır. Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi sahəsinə kiçik pay torpaqları olan insanların da daxil edilməsini təklif edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB