“İnsan alveri ilə mübarizə sahəsində görülməli işlər çoxdur" nazir müavini

“İnsan alveri ilə mübarizə sahəsində görülməli işlər çoxdur" nazir müavini

"İnsan alveri ilə mübarizə sahəsində görülməli işlər çoxdur". SİA-nın nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov deyib.

O bildirib ki, növbəti illərdə qarşıda duran hədəflər cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə