Ermənistan mətbuatı nə yazır? GƏRGİNLİK

Ermənistan mətbuatı nə yazır? GƏRGİNLİK

“İrates”: “Bir gün ayılıb görəcəklər ki, Paşinyan yoxdur və yeni baş nazir var”

Ermənistanda mövcud vəziyyət get-gedə daha da ağırlaşır və demək olar ki, bütün sferalarda baş nazir Nikol Paşinyanın səriştəsizliyi və s. uğursuz cəhdləri görünməkdədir. O cümlədən, erməni KİV-ləri digər problemlər barədə də qeydlərini edərək, ölkədaxili vəziyyətin daha da pisləşməsi anonslarını verir, eyni zamanda insanların sürətlə Ermənistanı tərk etməsinə də toxunurlar.

Ölkənin “İrates” nəşri isə yazır ki, parlamentdə baş vermiş sonuncu insidentdən sonra “Mənim addımım” blokunun müəyyən addımlar keçmiş deputatları Paşinyana etibar etmirlər: “Fraksiyada böyük gərginlik və Paşinyanla bağlı narahatlıq yaranıb. Hər kəs qıcıqlanır və narahatdır. Onlar təəssüf içində və kifayət qədər şübhəlidirlər ki, baş nazir mövcud vəziyyəti aşa biləcəkmi və ya gərilmiş əsəblər yeni qığılcıma səbəb olacaq”.

“Bundan başqa, parlamentin kuluarlarında pıçıltılar yaranıb, bir gün yuxudan ayılıb görəcəklər ki, onların yeni baş nazirləri var və həmin baş naziri özləri seçiblər”, yazan erməni qəzeti qeyd edir ki, Nikol hökumətdə “rastamojka” etməyə hazırlaşır, xüsusilə Tiqran Avinyanın əhatəsində. SİTAT: “... Artıq Nikol Paşinyanın parlamentdə “hər şeyə qadir” mifi dağılıb və orada Marukyanla Avinyanın baş nazir olmaları mümkünlüyü barədə müzakirələr aparılır”.

“Hraparak”: “Vanetsyanın ətrafında mini hüquq-mühafizə orqanı yaradılıb, hər kəs onun partiyasına yazılır”

“Hraparak” nəşri mənbəsinə istinadən yazır ki, güc strukturlarının keçmiş əməkdaşları bu günlərdə Artur Vanetsyanın ətrafında toplaşmağa başlayıblar. Belə ki, polis, prokurorluq, istintaq orqanları və xüsusilə milli təhlükəsizlik xidmətindən ayrılmış şəxslər Vanetsyanın ətrafında mini hüquq-mühafizə orqanı yaradıblar.

“Bundan əlavə, həmin strukturlarda işləyən adamlar da mütəmadi olaraq Vanetsyanla əlaqə saxlayırlar və soruşurlar: onun fəaliyyəti nə zaman başlayacaq və ə vaxt vəzifələrindən istefa verib, onun yanına qoşula bilərlər”, deyə yazan nəşr xatırladır ki, Artur Vanetsyan hələ bir neçə ay əvvəl, fövqəladə hal elan olunmamışdan qabaq siyasi partiya təsis edəcəyini bəyan etmişdi. Sadəcə, koronavirus pandemiyasına görə yeni partiyanın təsis qurultayını keçirə bilmir.

“Bizdə olan məlumatlara görə, artıq təsis olunmamış partiyaya yazılmaq üçün 1700 nəfərdən müraciət daxil olub”, erməni nəşri yazır.

“Ermənistan vətəndaşları koronavirusdan deyil, boğulmadan öləcəklər”

Ermənistanın “Hraparak” qəzeti digər məlumatında yazır ki, mayın 18-dən başlayaraq qaldırılan bütün məhdudiyyətlərə rəğmən, hökumət fövqəladə vəziyyətin daha bir ay uzadılması qərarını verib. Lakin komendaturanın qərarı anlaşılmazlıq yaradıb. Bu, küçədə və qapalı məkanlarda qoruyucu maskaların taxılması ilə bağlı tələbədir.

“Hökumət qapalı məkanlarda maskaların taxılması tələbindən nə gözləyir? Koronavirus sumanmisi? Xüsusilə, qarşıdan qızmar yay ayları gəlir və maskaların taxılması Ermənistan vətəndaşlarının koronavirusdan doğan pnevmaniyadan deyil, boğulmadan ölmələrinə gətirib-çıxaracaq. Artıq insanlar restoran və kafelərdə qoruyucu maska ilə necə yeyib-içəcəkləri ilə bağlı istehzalara və ələ salmalara başlayıblar”, nəşr yazır.

“Joxovurd”: “Ölkəni birdəfəlik tərk edənlərin sayı gələnlərin sayından çoxdur”

“Joxovurd” qəzetinin yazdığına görə, bu ilin yanvar-mart aylarında Ermənistanı hava yolu ilə daha çox insan tərk edib ki, nəinki gələnlər. Belə ki, Ermənistanın mülki aviasiya komitəsinin statistik məlumatlarına görə, cari ilin yanvar-mart aylarında “Zvartnots” hava limanını 269 072 nəfər tərk edib, daxil olanlar isə 257 639 nəfər sərnişindir. “Yəni bu hava limanın vasitəsi ilə 11 433 insan gedib və geri dönməyib”, yazan erməni nəşri qeyd edir ki, “Şirak” hava limanında da eyni mənzərədir. “Aeroportdan 14 209 nəfər gedib, 13 324 nəfər isə daxil olub. Yəni bu aeroportdan ölkəni tərk edən 885 nəfər sərniıin geri dönməyib”

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə