ARDNŞ-ın təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin nəticələri açıqlanıb

ARDNŞ-ın təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin I mərhələsi olan test imtahanını keçirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan Bakı Dövlət Universitetinin I və yeni tədris binalarında saat 11:00-da başlayıb və 1 saat ərzində aparılıb. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1518 namizəddən 139 nəfəri imtahana gəlməyib.

İmtahan başa çatdıqdan dərhal sonra TQDK tərəfindən cavab kartlarının emalı aparılıb. Nəticələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təqdim edilib. İkinci tura buraxılmaq üçün keçid balı ARDNŞ tərəfindən təyin olunacaq. Namizədlər ikinci turda ARDNŞ-in məsul əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər. Namizədlər nəticələri barədə ətraflı məlumatı TQDK-nın internet saytından əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə