“Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev üzvlükdən istefa verməsindən sonra artıq ötən gün Milli Şuranın üzvü Rafiq Manaflı da qurumdan istefa verib. O bununla bağlı hətta “facebook” səhifəsində rəsmi bəyanatını da yayıb. Bunu SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
“Ümumiyyətlə Milli Şura adlanan o qurum mənim üçün mövcud deyil. Ümid edirəm ki, Azərbaycan cəmiyyəti də belə düşünür. Mövcud olmayan bir qurum haqqında da danışmaq və ona vaxt sərf etmək absurddur. Qeyd edim ki, Milli Şura 2013-cü ilin avqust ayında 10-na yaxın siyasi partiyanın iştirakı ilə yaradılıb. Həmin o 10-na yaxın siyasi partiyadan artıq 9-u Milli Şuranı tərk edib. Açığı desək, o gündən etibarən Milli Şura yoxdur. Sadəcə qurumu “Demokratik Qüvvələrin Milli Şurası” adı ilə təsis edirlər. Bir ağıldan kəm insan həmin dönəmdə bir-iki ay qeyri-rəsmi “prezident” titulu almaq istəyirdi. Hətta özü kimi bir neçə ağıldan kəm adamın ona “cənab prezident” deyə xitab etməsindən zövq alırdı. Milli Şura adlı qurumu da bu formada saxlamağa çalışdılar. Artıq o ölü qurumdur. 2014-cü ilin yanvarından bu adda bir qurum yoxdur. Orada 10-15 nəfərin cəmləşərək bir klub şəklində fəaliyyət göstərməsini də Azərbaycan cəmiyyəti ciddi qəbul etmir”-deyə, partiya sədri fikrini tamamlayıb.
A.Şakiroğlu həmçinin əlavə edib ki, Milli Şura rəhbərliyinin Zoom proqramı vasitəsilə baş tutmuş videokonfransında Nasizimə, Hitler Almaniyasının LGBT üzvlərinə qarşı törətdiyi ağır cinayətlərə haqq qazandırması, LGBT üzvlərini və xüsusilə də müstəqil jurnalist İsmayıl Cəlilovu təhqir etməsi olduqca iyrəncdir! Məgər Milli Şura adlı qurum iki üzlü siyasət aparır? Aparırsa açıq elan etsinlər! Axı necə ola bilər ki, Milli Şura bütün dünyaya, xalqa liberal-demokratik dəyərlər uğrunda mübarizə apardığını bəyan etsin, bağlı qapılar arxasında isə özünü mühafizəkar formada apararaq təhqirə, söyüşə yol verərək alman faşistlərinə haqq qazandırmış olsun... Budur səmimiyyət, budur xalqa açıq siyasət aparmaq?!
Son olaraq Milli Şuranın Kordinasiya Mərkəzinin üzvlərinin diqqətinə çatdırmaq istəyirəm ki, hər hansı bir ifadəni seçməmişdən öncə bir siyasi qurum olaraq düşünməlidirlər. Düşünməlidirlər ki, elə Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli uzun illər LGBT üzvü olması ittihamı ilə üz-üzə qalmış, müxtəlif zamanlarda müxtəlif adamlar tərəfindən eyni (Milli Şuranın bu gün tətbiq etdiyi) üsulla aşağılanmış və təhqir olunmuş biridir. Hər halda Milli Şura və AXCP rəhbərliyi məhz Əli Kərimlinin evi qarşısında “mavi-mavi masmavi” şarkısını oxuyan səviyyə sahiblərini unutmamalı idilər...Görünən isə odur ki, unutmaları bir yana qalsın, hətda özləri də həmin o “səviyyəyə” enməyi özlərinə ar bilməyiblər... Çox təəssüf!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB