Fazil Mustafa: “Ermənilər soyqırımı üzərində dayanaraq sabah bunu torpaq mübadiləsi ilə əvəz etmək istəyirlər”
"Əvvəllər Türkiyə və Azərbaycanda ABŞ prezidenti Barak Obamanın "soyqırımı" sözünün istifadə etməsi ehtimalı narahatlıq yaradırdı. Amma son vaxtlar bunun artıq bir qədər əhəmiyyəti azalmağa başlayıb. Artıq onun səsləndirsə və ya səsləndirməsə əhəmiyyət kəsb etmir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa ABŞ prezidenti Barak Obamanın ermənilərə 24 aprel müraciətində "soyqırımı" sözü işlətməməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, ədalətsiz və haqsız çıxışlar mövcud olsa belə bu gün güclənən Azərbaycan və Türkiyənin mövqeləri o səviyyədədir ki, ifadənin hər hansı bir şəkildə nəticəyə çevrilməsi çox ciddi qəbul olunmur. Eyni zamanda isə "soyqırımı" ifadəsini gündəmdə saxlamaqda əsas məqsəd başqadır: "İkinci tərəfdən soyqırımla bağlı ermənilərin iddiaları tarixdə olub bitənlərə xatirə, nostalgiya və ya narahatçılıq ifadə etmir. Bu gün soyqırımı məsələsinin gündəmə gətirilməsində başqa səbəb var. Belə ki, artıq dünyanın xəritəsi sabitləşib. Xəritədə dəyişiklik etmək çox çətindir. Hətta siz diqqət yetirsəniz, Türkiyə və bir sıra müsəlman ölkələrindən başqa bütün dünyanın dəstəklədiyi Ermənistan-işğalçı kimi heç bir təzyiqə məruz qalmayan bir ölkə Dağlıq Qarabağı işğal edəndən sonra belə onu rəsmiləşdirə bilmir. Azərbaycandan alıb öz ərazisinə qata bilmir. Ona görə də ermənilər soyqırımı üzərində dayanaraq sabah bunu torpaq mübadiləsi ilə əvəz etməklə onu bərabərləşdirmək istəyirlər. Yəni sabah əgər biz hansısa şərt qarşısında qalanda onlar "soyqırımından geri çəkilirik, siz də torpaqlardan geri çəkilin" vəziyyəti ilə bizi qarşı-qarşıya qoymaq istəyirlər".
Türkiyəyə qarşı bu yalan soyqırımının intensivləşdirilməsinə gəlincə millət vəkili bildirib ki, burada əsas məqsəd rəsmi Ankaranı Azərbaycanın haqlı davasında tərəf kimi iştirakıdan geri çəkmək durur: "Ona görə mən hesab edirəm ki, son dövrlər Azərbaycan və Türkiyənin "soyqırımı"na qarşı bu yalançı iddialarına qarşı hücum siyasəti keçirməyimiz faydasını verməyə başlayır. Fransa konstitutsiya məhkəməsi Fransa senatının qondarma "erməni soyqırımı" nı tanımayanlara qarşı cəza tətbiq ediləcəyi barəsində qəbul etdiyi qərarın qüvvədən salmaqla sadəcə olaraq senatın qəbul etdiyi qərarın absurdluğunu etiraf etmək zorunda qalmayıb, həm də "erməni soyqırımı"nın saxta olduğunu etiraf etmək məcburiyyətində qalıb. Bu çox ciddi geri çəkilmə və mövqe itirməkdir. Fransada illərlə bu məsələ bişirilib, ortaya qoyulub hazırlanmışdı. Bunu bir qərarla nə qədər absurd, mənasız uyğun olmayan nəticələr verə biləcəyini özləri etiraf etdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB