Naxçıvan MR vergi orqanlarında vakant iş yerlərinə qəbul imtahanında 3 nəfər uğur qazanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də Naxçıvan şəhərində Naxçıvan MR vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 21 nəfərin hamısı imtahanda iştirak edib.
Nəticələr həmin gün TQDK-nın internet saytında yerləşdirildiyini deyən Mətbuat katibi bildirib ki, imtahanın nəticəsinə əsasən namizədlərdən 3 nəfəri müsabiqə şərtlərini ödəyərək, 65 və daha yüksək bal toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıblar. Onun sözlərinə görə, hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB