Düşmən atəşkəsi yenidən pozub

Düşmən atəşkəsi yenidən pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 24-də saat 13.55-dən 14.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 23.30-dan 23.35-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 25-də saat 01.00-dan 01.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə