“Azərbaycan Prezidenti cənab İlham Əliyev korrupsiyaya, kölgə iqtisadiyyatına qarşı daim barışmaz mövqedə dayanıb. Bununla əlaqədar olaraq dəfələrlə öz mövqeyini açıqlayıb və dəfələrlə məmurlara xəbərdarlıq edib. İndisə açıq şəkildə görünür ki, cənab Prezidentin bu istiqamətdə addımları qətidir və nəticəlidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, aparılan islahatlar hər bir məmuru, hər bir şəxsi qanunların aliliyinə riayət etməyə, öz vəzifə və səlahiyyətlərini vicdanla yerinə yetirməyə səsləyir: “Eyni zamanda cənab Prezident həmişə xəbərdarlıq edib ki, vəzifəsində sui-istifadə edənlər ciddi şəkildə cəzalandırılacaqlar. Cənab Prezidentin bir rəhbər kimi ən böyük şəxsi keyfiyyətlərindən və idarəçilik prinsiplərindən biri odur ki, nəyi deyirsə, onu da həyata keçirir”.
A.Hüseynov vurğulayıb ki, bütün bunlardan görünür ki, ölkə başçısı korrupsiya məsələsində qərarlıdır, bu məsələnin üstünə birbaşa gedir və birmənalı şəkildə heç kimə güzəşt yoxdur: “Bununla yanaşı cənab Prezidentimiz ictimaiyyəti və bütövlükdə hər bir şəxsi də bu sahədə birgə mübarizə aparmağa səsləyib. Hesab edirəm ki, Prezidentimizin həyata keçirdiyi uğurlu islahatlar - kadr, siyasi, iqtisadi islahatlar artıq özünü bu tərəfdən də tənzimləyir ki, bu gün o islahatlarla uyğunlaşmayan, ayaqlaşa bilməyənlər artıq öz cəzalarını çəkirlər. Konkret şəkildə korrupsiya əməllərinə yol verənlər, xalqın malına göz dikənlər və cənab Prezidentin dediyi kimi insanların çörəyinə əl uzadanların əlləri kəsilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB