Eldəniz Quliyev istefa verdi və məlum oldu ki... SƏBƏBLƏR

Eldəniz Quliyev istefa verdi və məlum oldu ki... SƏBƏBLƏR

“İttihamlar silsiləsindən: “Söyüşün biri bir qəpik, söyürsünüz, ərsiz qadını da almısınız aranıza tərbiyəsizlik edirsiniz, əxlaq yoxdur”

“Milli Şura”nın koordinasiya şurasının üzvü Eldəniz Quliyevin facebook sosial şəbəkəsindəki səhifəsində adıçəkilən qurumdan istefa verməsini bəyan etməsinin ardınca, onun bu fikrinə yazılan rəylər də maraqdoğurucudur. Lakin həmin rəylərə gələnə qədər, istefanın səbəblərinin də nədən ibarət olmasını indidən aşkar etmək olar. Məsələ ondadır ki, E.Quliyev bir neçə gün öncə “Milli Şura”nın “zoom” iclasında iştirak edərkən, orada Gültəkin Hacıbəyli və Rafiq Manaflının timsalında, eləcə də AXCP sədri Əli Kərimli və qurumun sədri Cəmil Həsənlinin nəzərində kifayət qədər əxlaqsız davranışlara yol verildi, o cümlədən, düşərgənin

Digər cinahında olan Müsavat, REAL kimi partiyalar, eləcə də həmin partiyaların təmsilçiləri də bu və ya digər şəkillərdə hədəfə alındı, təhqirlərə yol verildi.

Başqa tərəfdən, virtual iclas zamanı hətta Qənimət Zahidin “iclas canlı gedir” xəbərdarlığına belə məhəl qoyulmadı və sözdə “siyasət” toplantısı cinsi azlıqlara, hətta faşizmin banisi Hitlerin tərifinə qədər getdi-çıxdı.

Kimlər nə yazdı?

Lakin E.Quliyevin bu məsələdən sonra istefa verməsinin əsas səbəblərindən biri və birincisi “Milli Şura” rəhbərliyinin bütün bunlara etinasız yanaşması oldu. Daha dəqiq desək, C.Həsənlinin, Ə.Kərimlinin susqunluqları, yəni baş verənləri dəstəkləmələri nəticə etibarı ilə E.Quliyevin istefa qərarına təkan vermiş oldu. Bu baxımdan, istefa qərarına da müxtəlif prizmalardan yanaşılıb, onun istefasından təəssüflənənlər də, bunu dəstəkləyənlər də, ittiham edənlər də olub. O cümlədən, E.Quliyev qruplaşmasının tərəfdarları ilə Ə.Kərimlinin trolları arasında söz atışmaları müşahidə olunub. SİA olaraq, bəzi rəyləri (qrammatik söz düzülüşlərini və hərf səhvlərini düzəltmişik-R.R.) diqqətə çatdırırıq:

“Pafosla, ironiya ilə, natiqlik qabiliyyəti ilə ancaq püflənmiş şarı havaya buraxa bilərsən”

Əbülfəz Novruz adlı müxalifətçi sözü Ə.Kərimliyə və C.həsənliyə ataraq, E.Quliyevin istefa qərarını dəstəklədiyini yazır: “Şprisin başını yuxarı qaldırıb havasını buraxmasan vurduğun iynənin xeyrindən çox fəsadları ola bilər. "Dərmanın" adını nə qoyursuz qoyun -"millət", "xalq", "hərəkat", "birlik" artıq millətin damarları vurulan havadan qançır bağlayıb. Pafosla, ironiya ilə, natiqlik qabiliyyəti ilə ancaq püflənmiş şarı havaya buraxa bilərsən. Doğrusu sizdən bu addımı gözləyirdim, Eldəniz müəllim!...”

“İfrat demokratları yerində oturtmaq lazım idi”

Farid Jabbarov nikli istifadəçi də E.Quliyevin istefasını dəstəkləməsə də, “Milli Şura”nın rəhbərliyinin saxta demokratlar olduğuna işarə edib: “Çox tələsik və səhv qərardır, təmkinli olmaq və bəzi ifrat demokratları yerinə oturtmaq lazım idi”.

Rashad Mammadov nikli istifadəçi isə E.Quliyevin istefasına məsxərə ilə yanaşıb və ironik rəy yazıb: “Olsun, “Şura Hökuməti” böyük dəyər itirmədi. Nəvələrinlə vaxt keçir, son günlərini xoşbəxt yaşa, nə deyə bilərəm. Uzun ömür, can sağlığı və “po bolşe məxəbbəta…”

“Eynilə Fuad Qəhrəmanlının başına gətirilən oyunu oynadılar sizə qarşı”

Sözügedəm məsələyə bilavasitə siyasi yöndən də yanaşmalar olub. Misal üçün, Zaur Cabbarov adlı istifadəçi E.Quliyevin istefasını AXCP-nin sədr müavinliyindən istefa vermiş Fuad Qəhrəmanlıyla eyniləşdirib, bunu dolayısı ilə Ə.Kərimlinin oyunu olduğuna eyham vurub, eyni zamanda G.Hacıbəylinin, R.Manaflının alət olaraq istifadə edildiyini iddia edib: “Eynilə Fuad Qəhrəmanlının başına gətirilən oyunu oynadılar sizə qarşı. Əfsuslar olsun ki, bəziləri də bu oyunun sürətlə icra olunmasında alət oldular”.

“Sonunda “Milli Şura”dan bir başıpapaqlı çıxdı”

Ruslan Hesenov isə “Milli Şura”da başıpapaqlıların qalmadığını yazaraq, dolayı yollarla AXCP sədri Ə.Kərimlini, sədr C.Həsənlini və başqalarını təhqir edib: “Halaldır sizə Eldəniz bəy. Sonunda bir nəfər başıpapaqlı çıxdı. Uğurlar.”

Daha bir maraqlı rəy İlham Gadir adlı istifadəçidəndir. REAL partiyasının tərəfdarı olduğu görünən bu şəxs proqnozlarnın səhv çıxdığını etiraf edərək, əslində Cəmil Həsənlinin istefa verəcəyinə, yaxud qrupların birləşərək, onu buna məcbur edəcəyinə ümid etdiyini bildirib. “Uğurlar. Ancaq gözləyirdim birləşib professoru uzaqlaşdırasınız...”, deyə o yazıb.

Lakin REAL tərəfdarının cavabı dərhal Ə.Kərimli-C.Həsənli cütlüyünün trolu tərəfindən verilib. Iltizam Mamedov nikli istifadəçi yazıb: “Eldəniz bəyin getməsinə qətiyyən sevinmirəm əksinə lüzumsuz hesab edirəm mən siz realşüvənlərə deyirəm Cəmil bəyin getməsini görməyəcəksiniz”

Rafiq Manaflıya ittiham: “Eldənizdən əvvəl sən istefa verməli idin”

E.Quliyevin istefasına “Milli Şura”nın virtual iclasın qalmaqalçılarından biri, Hitlerə dəstək sərgiləyən VHP təmsilçisi Rafiq Manaflının da münasibəti və ona verilən cavabdır. “Çox tələsik qərardır” yazan Manaflıya cavab yazan Senan Mahmud bildirib: “Rafiq Manaflı, səndə üz vare, Eldənizdən əvvəl sən istefa verməli idin”

R.Manafı isə qarşı tərəfi diqqətli olmağa səsləyib: Öz sözünə diqqət elə. Bütün bu müzakirələrin səbəbi mən deyiləm”.

Əli Kərimlinin trolundan Eldəniz Quliyevə: “Qayıdan da şərəfsizdir və istefa verirmiş kimi görüntü yaradıb amma hələ də o işini icra edən də şərəfsizdir”

Böyük ehtimalla Ə.Kərimli tərəfdarı olduğu görünən Ramillə Gazilova isə E.Quliyevə hədə belə gəlib: “Qayıdan da şərəfsizdir və istefa verirmiş kimi görüntü yaradıb amma hələ də o işini icra edən də şərəfsizdir”.

Samir Mmm Mmm nikli istifadəçi isə yazır: “Bir iclasla darmadağın oldunuz. Çünki səmimiyyət yox idi. ... (etik səbəbdən ifadəni yazmırıq-R.R.) məclisi düzəltmisiniz, söyüşün biri bir qəpik. Söyürsünüz, ərsiz qadını da almısınız aranıza tərbiyəsizlik edirsiniz, əxlaq yoxdur”.

Qənimət Zahid iclasın canlı yayımlandığını dediyi halda, Əli Kərimli və Gültəkin Hacıbəyli bunu “hakimiyyətin gibercinayətkarlığı” adlandırıb, özlərini rüsvat edirlər

Göründüyü kimi, bütün faktlar göz önündərir və bundan sonra E.Quliyevin istefasının səbəblərini açıqlayıb-açıqlamayacağına da ehtiyac yoxdur. Sadəcə daha bir məqam budur ki, “Milli Şura” və AXCP-nin iyrənclik saçan və ictimai rəydə ikrah hissi oyadan iclasının ardınca, hətta onun canlı şəkildə yayımlanmasına rəğmən, onlar öz şərlərini, böhtanlarını əksik etməyərək, bunu “hakimiyyətin kibercinayətkarlığı” adlandırırlar. Halbuki, Qənimət Zahid vəziyyət nəzarətdən çıxanda xəbərdarlıq etmişdi ki, “zoom” iclas canlı yayımdadır!

Necə deyərlər, siyasi həyasızlığın bariz sübutlarından biri də məhz belə sərsəm iddialardır ki, Ə.Kərimli, həminin onun rezerv çənəsi hesab edilən Gültəkin Hacıbəyli danışırlar...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə