Xocalı Abidəsinin önündə saxta “erməni soyqırımı” təbliğatına qarşı tədbir keçirilib

Xocalı Abidəsinin önündə saxta “erməni soyqırımı” təbliğatına qarşı tədbir keçirilib
Bu gün Qarabağ Azadlıq Təşkilatı, Beynəlxalq Diaspora Mərkəzi və Türkiyənin Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin üzvləri Xocalı abidəsinin önündə saxta "erməni soyqırımı" təbliğatına qarşı tədbir keçiriblər. SİA-nın xəbərinə görə, tədbir zamanı təşkilat nümayəndələri "Qarabağa azadlıq", "Saxtakarlara, qatillərə ölüm", "Türk qatilləri olan ermənilərə ar olsun" və s bu kimi şüarlar səsləndiriblər.

Tədbirdə çıxış edən İğdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksel Gülbey Azərbaycan və Türkiyənin hər zaman bir millət iki dövlət olduğunu söyləyib. O bildirib ki, ermənilər hər zaman 24 aprel tarixində türklərin onlara qarşı soyqırım törətdiyi iddialarını irəli sürüblər. Onun sözlərinə görə, ancaq bütün bunların tarix boyu yalan olduğunu hər kəs bilir: "Bu məsələlərdə yalan, böyük dövlətlərin türk millətinə qarşı ikili standartları mövcuddur. Ermənilər tarix boyu türk torpaqlarını işğal edib, burada dövlət yaratmaq istəyib və onların əli həmişə türk qanına bulaşıb. Bunları bütün dünya ölkələri də etiraf etməli və ermənilərin hər zaman türklərə qarşı torpaq iddiasında olduğunu, soyqırımlar törətdiyini açıq şəkildə deməlidirlər".

Daha sonra çıxış edən Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev isə türklərin ermənilərə qarşı soyqırım törətməsi ilə bağlı yalanlarının dünya ölkələri tərəfindən dəstəklənməsinə təəssüf etdiyini deyib: "İşğala, təcavüzə məruz qalan türk milləti, ancaq dəstəklənən ermənilərdir. Buna görə də müxtəlif tədbirlər keçirməklə, birlikdə fəaliyyət göstərməklə haqq səsimizi dünyaya çatdırmalı və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi haqsızlıqlar göstərilməlidir".

Qarabağ Azadlıq Təşkilatınınm sədri Akif Nağı isə qeyd edib ki, ermənilər hər zaman xəyanətkar, saxtakar bir siyasət yürüdüblər: "Ancaq biz bir olaraq bundan sonra baş verə biləcək faciələrdən, erməni tələlərindən qorunmalıyıq. Ermənilərlə aparılan danışıların heç bir mənası yoxdur. Düşmənlə düşmən kimi hərəkət etməli, onlara qarşı mübarizəmizi davam etdirməliyik".

Milli QHT Forumunun sədri Rauf Zeyni isə dünya ölkələrinin Azərbaycan, türk millətinə qarı ikili standartalara uyğun mövqe nümayiş etdirməsindən danışıb. O qeyd edib ki, bu vaxta kimi dünya təşkilatları Azərbaycan xalqının başına gətirilən soyqırımları, faciələri tanımayıb, ancaq ermənilər ermənilərin yalandan uydurduqları 24 aprel soyqırımını bu gün dünyanın 30-a qədər dövləti tanıyıb: "Bu da dünya ölkələrinin ədalətsizliyindən, düzgün mövqe nümayiş etdirməmələrindən xəbər verir. Biz işimizi birgə davam etdirməli və qısa zamanda bütün bu ədalətsizliklərə son qoyulmalıdır".

Tədbir aksiya iştirakçılarının hazırladığı birgə bəyanatın oxunması ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə